Toponimiya komissiyasının tərkibi dəyişib

Toponimiya komissiyasının tərkibi dəyişib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Toponimiya komissiyasının tərkibinə dəyişikliklər edilib. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, Fəttah Heydərov və Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin ediliblər.

Bundan başqa Budaq Budaqov və Həsən Mirzəyev vəfatları ilə əlaqədar komissiyasının tərkibindən çıxmış hesab ediliblər. Eyni zamanda Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova Toponimiya komissiyasının üzvlüyündən azad ediliblər.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə