Komitə sədri: “Yas mərasimlərində israfçılıq müşahidə olunmur"

Komitə sədri: “Yas mərasimlərində israfçılıq müşahidə olunmur"

"Yas mərasimlərində israfçılığın qarşısının alınması ilə bağlı tərəfimdən irəli sürülən təşəbbüslər artıq köklü dəyişikliklərə səbəb olub və uğurlu nəticələr alınıb". Bunu SİA-ya Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

Qurum sədrinin sözlərinə görə, artıq əksər rayonlarda yas mərasimlərində israfçılıq müşahidə olunmur: "Bu gün Respublikanın əksər rayonlarında yas mərasimlər üç gündən artıq davam etmir. Amma bu, bütün problemlərin həlli demək deyil. Bu istiqamətdə işlər davam edir. Əlbəttə ki bütün işlər təbliğat və izahat yolu ilə aparılır. Eyni zamanda ayrı-ayrı bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Həyata keçirilən işlər Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birgə həyata keçirilir. Ümumiyyətlə radikal qruplara qarşı mübarizədə QMİ ilə DQİDK birgə proqram üzərində fəaliyyət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə