Atalıq məzuniyyətinin ödənişli olacaq?

Atalıq məzuniyyətinin ödənişli olacaq?

Kişilər də atalıq məzuniyyətinə çıxa və bu müddət ərzində uşağa baxmaq üçün müavinət ala bilərlər. Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi belə bir təkliflə çıxış edib.

Hazırda əmək məcəlləsinə görə hamiləlik dövründə və doğuşdan sonra qadınlara ümumilikə 126 təqvim günü məzuniyyət verilir və bu məzuniyyət müddəti ərzində qadın işlədiyi müəssisədən əməkhaqqını tam şəkildə alır. Buna ödənişli analıq məzuniyyəti deyilir. Üstəlik qadınlara həmin 126 gündən sonra hər ay uşağa baxma müavinəti öədnilməsi şərti ilə bu müddəti daha 70 gün uzatmaq hüququ verilib.

Atanın uşağa baxmaq zərurəti yarandıqda isə cəmi 14 gün məzuniyyətə çıxa bilə. o da öz hesabına. yəni nəyinki əmək haqqının tam hissəsini almaq heç uşağaba baxmağa görə müavinət verilməsi də qanunda nəzərdə tutulmayıb. Elə bu səbəbdəndir ki, kişilər çox vaxt bu hüququndan istifadə etmir.

Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsində hesab edirlər ki, qanunun dəyişdilməsinə ehtiyac var. Hər şeydən əvvəl ona görə ki, bu gender bərabərliyi prtinsiplərinə və xüsusilə də bununla bağlı Azərbaycanın qoşulduğu konvensiyalara ziddir.

Təklif ondan ibarətdir ki, uşağa baxmağa görə ayrılan müavinətdə valideynlər arasında fərq qoyulmamlıdır. Ola bilsin ki ana işə çıxsın uaşağa ata baxsın. Belə olduqda həmin müavinət ödənilməlidir.

Digər bir təklif isə müavinətin miqdarı ilə bağlıdır. Çünki həmin müavinət 10 il əvvəl müəyyənləşdirilmiş həddə qalıb.

Qeyd edək ki, təkliflər artıq müvafiq dövlət qurumlarında müzakirə olunur və bundan sonra Milli Məclisə göndərilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə