"Artıq əmək müqavilələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan portala yerləşdirilir. Bu günə qədər 2 milyona yaxın vətəndaşın əmək müqaviləsinin bildirişi portala daxil edilib". Bu sözləri bu gün keçirilən "Elektron Hökumət" bülleteni üzrə brifinq zamanı jurnalistlərin suallarını cavablandıran ƏƏSMN-nin Əmək siyasəti şöbəsinin müdiri Arif Hüseynov deyib.
Onun sözlərinə görə, artıq əmək müqavilələri ilə bağlı Nazirlər Kabineti yanında komissiya da yaradılıb: "Bu müqavilələrin bağlanması hamısı gələcəkdə işə götürənlər üçün perspektiv nümayiş etdirir. Bu həm dövlət üçün, həm işə götürən üçün, həm də vətəndaş üçün çox vacib bir məsələdir. Bu vaxt nəzarət funksiyası daha da artır. Əmək müqavilələri ilə bağlı Nazirlər Kabineti yanında komissiya yaradılıb. Fəaliyyət planı haqqında yaxın zamanda məlumat veriləcək".
Arif Hüseynov qeyd etdi ki, ölkədə əməyə böyük dəyər verilir. Şəhid ailələri və əlillərin evlərlə təminat siyahısının elektron portala yerləşdirilməsi açıq dövlət idarəçiliyini nümayiş etdirir: "Yaxın günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlillik və tibbi siğorta məsələsinə toxundu və təminatla bağlı işlərin görülməsini bir daha tapşırdı. Hazırda ölkəmizdə insanların əməyinə verilən dəstək göz qabağındadır. Artıq müharibə əlillərinin hamısı maşınlarla təmin edilib. Əlillərə evlərin verilməsi məsələsi üzərində işlər görülür. Təkcə əlillər deyil, şəhid ailələrinin də evlərlə təminatı məsələsi gündəmdə olan məsələdir. Növbəlilik prinsipi ilə evlərin verilməsi davam etdirilir. Bütün bu işlərin elektron portallar vasitəsi ilə vətəndaşlar tərəfindən izlənilməsi həm bizim üçün, həm də vətəndaşlar üçün açıq dövlət idarəçiliyinin perspektivlərini nümayiş etdirmiş olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB