Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, İsmayıllı Peşə Tədris Mərkəzinin müəllim kollektivi və fəal tələbələri ilə görüşüb. Fonddan SİA-ya verilən məlumata görə, tədbir iştirakçılarına Bilik Fondunun fəaliyyəti, qarşıya qoyulan vəzifələr, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. İştirakçılar həm də Bilik Fondunun Könüllüləri Birliyi haqqında da geniş informasiya alıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin könüllülər institutuna xüsusi diqqət ayırdığını xatırladan Elçin Məmmədov fəalları Bilik Fondunun Könüllüləri Birliyinə üzv olmağa səsləyib.
Görüşdə çıxış edən hər iki təhsil müəssisəsinin rəhbərləri Zaur Muradov və Sevda Qasımova Bilik Fondunun fəaliyyətini yaxından izlədiklərini və qısa müddətdə əldə edilən uğurları, maarifləndirmə istiqamətində həyata keçirilən tədbirləri alqışladıqlarını bildiriblər.
Bilik Fondunun bölgələrə böyük diqqətlə yanaşdığını yüksək qiymətləndirən tədbir iştirakçıları Fondun yaradılmasını cəmiyyətimizin hərtərəfli inkişafına qayğının nəticəsi kimi dəyərləndiriblər və bundan sonra daha sıx əməkdaşlıq edəcəklərini, layihələrin icrasına məmnuniyyətlə qoşulacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB