Amerika Birləşmiş Ştatlarının (ABŞ) tanınmış messenatı Con Hantsman Ermənistanda təhsil və səhiyyə istiqamətində başlatdığı xeyriyyəçilik proqramlarını geri çevirib. SİA-nın məlumatına görə, bu barədə "vestnik kavkaza" portalı xəbər yayıb. Portal xəbərində qeyd olunur ki, onun proqramında bir neçə milyon dollarlıq investisiyalar nəzərdə tutulmuşdu. Həmçinin bildirilir ki, amerikalı messenat xeyriyyəçilik proqramının geri çevrilməsi üçün hələ 2014-cü ildə qərar vermişdi.
Eyni zamanda qeyd olunur ki, Hansmanın "Huntsman Corporation" kompaniyası heç bir maliyyə çətinliyi ilə üzləşməyib və onun Ermənistandakı proqramlarının geri çevrilməsi bununla əlaqəli deyil.
Xatırladaq ki, Ermənistanda bir sıra sahələr, məhz xarici yardımlar və xeyriyyəçiliklər sayəsində idarə olunur. Yerdə qalan sahələr isə Sarkisyan rejimi tərəfindən inhisara alınıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB