Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-140, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir ki, 2014-cü ildə bu rəqəm 158 m3/s olmaqla ongünlük normanın 95 faizi həcmində olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 66 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.
Bu gün eyni zamanda Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda 7, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 11 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2014-cü il fevralın 02-də 408 sm), Şirvanda 195 sm (2014-cü il fevralın 02-də 271 sm), Salyanda 180 sm (2014-cü il fevralın 02-də 250 sm), Bankədə 174 sm (2014-cü il fevralın 02-də 232 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2014-cü il fevralın 02-də 183 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB