Müxtəlif ölkələrin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli fəaliyyət göstərirlər. SİA-nın verdiyi məlumata görə, Böyük Britaniyanın "City" Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə "Azərbaycan günü" keçirilib.
Tədbiri giriş sözü açan cəmiyyətin sədri Azər Əsgərov qurumun fəaliyyəti və gələcək planları haqqında danışıb. Azərbaycanın tarixi mədəniyyəti və strateji mövqeyi haqqında məlumat verən A.Əsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək "I Avropa Oyunları"nın əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində, paytaxt Bakının köhnə və müasir gözəlliklərini əks etdirən video çarx nümayiş etdirilib, həmçinin foto sərgi təşkil edilmişdir.
"Azərbaycan günü" xarici qonaqlarda böyük maraq doğurub. Tədbirdə iştirak edən müxtəlif ölkələrdən olan tələbələrə ölkəmizin mədəniyyətini, tarixini, incəsənətini, turizmini və. s əks etdirən jurnal və bukletlər paylanılıb.
Cəmiyyətin fəalları Ramazan Abbaszadə, Nağı Nağıyev, Aydan Ağazadə, Sevda Behbudova, Ülviyyə İsmayılova, Ənvər Məhəmməd, Elvin Mikayılov, Şəbnəm Abbaszadə, Nərgiz Abbasova və başqaları tədbirdə qonaqlara Azərbaycanın mədəni və iqtisadi inkişafı barəsində ətraflı məlumat veriblər. Həmçinin tədbirdə başqa ölkələrdə Azərbaycan cəmiyyətlərindən, Latviya - Azərbaycan cəmiyyətinin sədri Kamal Hüseynov daxil olmaqla başqa tələbələr də iştirak ediblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB