Zaman ötdükcə, illər bir-birini əvəz etdikcə Ulu Öndər Heydər Əliyev dünyanın böyük şəxsiyyətləri sırasında yerini möhkəmləndirir, ön sıralara keçir. Ən böyük şəxsiyyət özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması uğrunda həyatını verən insanlardır. Məhz belə insanlardan olan Ulu Öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən yalnız öz vətəni və xalqı haqqında düşünmüş, onun tərəqqisi və xoşbəxtliyi naminə misilsiz fədakarlıq göstərmişdir. Azərbaycan xalqı hər zaman bəşəriyyətə bəxş etdiyi görkəmli tarixi şəxsiyyətləri ilə seçilir.
Bu gün Azərbaycan xalqı XX əsrin böyük dövlət xadimi, müdrik şəxsiyyət, dünya miqyaslı siyasətçi, ümummilli liderimiz Heydər Əliyev fenomeni ilə fəxr edir, qürur duyur. Əslində bu gün əminliklə demək olar ki, xalqımız xoşbəxt xalqdır. Çünki bizim Heydər Əliyev kimi Öndərimiz olub. Bəli, XX əsrin sonlarında Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında dönüş yaratdı. Müasir Azərbaycan dövlətinin qurucusu respublikamızı parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Azərbaycanın adını öz adı ilə birlikdə bütün dünyaya tanıdaraq Azərbaycan bayrağını dünyada ucaltdı. Bir sözlə, Heydər Əliyev yeni bir Azərbaycan yaratdı. Bu gün biz hamımız həmin qüdrətli Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Və bu gün hər bir azərbaycanlı Ümummilli Lider Heydər Əliyevin dövlətin yaratdığı imkanlardan bəhrələnir. Həmdə ele buna görədir ki, Ulu Öndər hər zaman qədirbilən xalqımızın qəlbində, şüurunda, amalinda, əməlində yaşayır. Elm və elm adamlari, təhsil və təhsil işçiləri həmişə Heydər Əliyevin maraq dairəsində olub, onlara maraq göstərib. Yaxşi iş təcrübəsini xaricdən öyrənməyi tapşirdiği kimi, Azərbaycanda təhsil-tərbiyə və inkişaf üzrə nailiyyətlərin başqa ölkələrdə yayılmasının təskilinə də qayğı göstərmiş, şərait yaratmışdır.
Xalqın inandığı və böyük ümidlər bəslədiyi Ümummilli liderimiz Heydər Əliyev siyasi kursu onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Daim öz işi, zəkası və əqli ilə xalqa xidmət edən cənab İlham Əliyev elə ilk günlərdən xalqın etimadını qazanmağa, diqqətini onun problemlərinə yönəltməyə çalışırdı. Xalqın rifahının yaxşılaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərdi, xalqın heç də səhv etmədiyini, hər şeyden öncə, mərhum Heydər Əliyev siyasi kursunun təsadüfi davamçısı olmadığını sübut etmək üçün gecəsini-gündüzünə qatdı, rahatlığın nə olduğunu bilmədi. Bütün bunlar xalqın gözü qarşısında baş verib. Çünki hakimiyyətə gəldiyi günlərdən xalqla bir yerdədir. Çox vaxt dövlət məmurlarından xəbərsiz xalqla görüşür,problemlərindən xəbər tutur. Bu tədbirlərin kökündə insan taleyinin,rifahının durdugunu nəzərə alsaq, ölkə başçısının bu addımını cox yüksək qiymətləndirmək lazımdır . Məndə bir gənc olaraq məqaləmin sonunda onuda söyləmək istərdim ki, nə olursa olsun biz hər zaman, hər situasiyada Prezidentimizin ətrafında bir yumruq kimi birləşərək ona dəstəyik.
Arzu XƏLİLOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB