Hərbi ekspert: “Sarkisyan xalqın diqqətini yayındırmaq üçün cəbhədə gərginlik yaradır”

Hərbi ekspert: “Sarkisyan xalqın diqqətini yayındırmaq üçün cəbhədə gərginlik yaradır”

"Ermənistanda xalq üsyana qalxıb. Sarkisyan rejimi də xalqın diqqətini öz üzərindən yayındırmaq üçün cəbhədə gərginlik yaradır. Cəmiyyətə də belə təqdim olunur ki, əsas olan Azərbaycan Silahlı Qüvvələrinin hücumlarının qarşısını almaqdır. Təbii ki, bu tip addımlarla erməni xalqını çaşdırmağa çalışırlar". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Vüqar Əsgərov bildirib.

Erməni silahlı birləşmələrinin son günlərdə cəbhə xəttində atəşkəsi pozmasının bir neçə səbəbləri barədə danışan hərbi ekspert V. Əsgərov qeyd edib ki, erməni təxribatçılarının son günlərdə cəbhədəki vəziyyəti gərginləşdirməsi sırf Sarkiyan rejiminin mənafeyinə işləyən addımlardır: "Ancaq reallıqda bu baş vermir. Erməni helikopterinin vurulması düşmənlərdə xüsusi bir qisasçılıq meyli yaradıb. Onlar hazırda müxtəlif üsullar axtarırlar ki, vurulmuş helikopeterin əvəzini çıxsınlar. Ancaq Azərbyacan ordusu sayıqdır, düşmənə hər bir halda cavab verməyə, təxribatların qarşısını almağa tam hazırdır. Cəbhədə atəşkəsin mütəmadi olaraq pozulması da ermənilərin planlarının bir hissəsidir. Digər tərəfdən ermənilər Azərbyacanı təxribata çəkmək üçün atəşkəsi pozur. Çünki baş verə biləcək hər hansı bir insidentdən ermənilər öz mənafeləri üçün istifadə etməyə, dünyaya səs salmağa çalışırlar. Onlar "biz də varıq, bizim də silahımız var, qorxmuruq" prinpisi ilə bizlərə psixoloji təzyiq etməyə çalışırlar. Bu da ağılısız və məntiqsiz bir addımdır. Çünki Azərbaycan sialhlı qüvvələri həm psixoloji, həm də fiziki baxımdan tam hazırlıqlı formadadır".

Bütün xəbərlər Facebook səhifəmizdə