Jurnalistlər Tovuz rayonunun sərhədyanı kəndində olublar

Jurnalistlər Tovuz rayonunun sərhədyanı kəndində olublar

Azərbaycan Respublikası Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə kütləvi informasiya vasitələri nümayəndələrinin Tovuz və Qazax rayonlarına səfərini təşkil edib. Jurnalistlər oktyabrın 23-də Tovuz rayonunun Hacallı kənd tam orta məktəbində olublar. Məktəbin direktoru Mehriban Rüstəmova bildirib ki, Ermənistanla sərhəddə yerləşməsinə baxmayaraq təhsil ocağında tədris prosesi müntəzəm olaraq davam etdirilir.

Məlumat verilib ki, 437 şagirdin təhsil aldığı məktəbdə 48 müəllim çalışır. 2013-2014-cü tədris ilində XI sinfi bitirmiş 37 şagirddən 9-u ali məktəblərə, 3-ü isə kolleclərə daxil olub.

Sonra KİV nümayəndələri məktəbdəki şərait və tədris prosesi ilə tanış olublar.

Jurnalistlər bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə də görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə