“Gənclərin və Qadınların bələdiyyələrdə iştirakının artırılması” mövzusunda müşavirə keçirilib
Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi və YAP Qadınlar Şurasının təşkilatçılığı ilə"Qadınların və gənclərin bələdiyyə seçkilərində fəallığı" mövzusunda müşavirə keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbirdə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən hazırlanmış bələdiyyələr,18 yaşına çatmış vətəndaşların aktiv seçki hüququ,seçkilərdə iştirak qaydalarından bəhs edən video çarxlar nümayiş olunub.
Müşavirədə YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Naibə Mustafayeva məruzə edərək son dövrlər qadınların ictimai işlərdə fəallığından danışıb, eləcə də bələdiyyə seçkilərinə hazırlıq və bu seçkilərdə qadınların istər aktiv, istər passiv seçki hüququnun reallaşdırılması işində yaxından iştirakı və onların partiya daxilində, eləcə də ictimai-siyasi həyatda proseslərə geniş cəlb olunacağına ümid etdiyini bildirdi və onları bələdiyyə seçkiləri zamanı daha fəal olmağa səsləyib.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qadınlar Şurasının üzvü Leyla Əsgərova,YAP Ağcabədi rayon aparatının rəhbəri Nazim Bünyadov, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri, YAP Qadınlar Şurasının sədr müavini Radə Telmanqızı çıxış edərək bələdiyyələr və onların fəaliyyəti barədə ətraflı məlumat verdilər.
Tədbirin sonunda Ağcabədi bələdiyyəsinin İqtisadi İnkişaf Komissiyasının sədri Füzuli Yusifov tərəfindən gənclərin bələdiyyələrlə bağlı sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB