Göygöl ilə Fransanın Şaublin şəhəri arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb FOTO

Göygöl ilə Fransanın Şaublin şəhəri arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb FOTO

Göygöl rayonu ilə Fransanın Şaublin şəhəri arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, sazişi Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Şaublin şəhərinin meri Patrik Janru imzalayıb.

Mərasimdə qeyd olunub ki, dövlətlər arası əlaqələrin möhkəmləndirilməsində bu əməkdaşlıq mühüm rol oynayacaq. Xüsusən də üzümçülük və şərabçılıq sahəsində qarşılıqlı iş birliyi yaratmaq imkanı böyükdür. Görüşdə qonaqlara simvolik xatirə hədiyyələri təqdim olunub. Daha sonra fransalı qonaqlar Göygölün tarixi keçmişi ilə yaxından tanış olmaq üçün rayona qısa ekskursiya ediblər. Burada onlar qədim alman evlərinə və Luteran kilsəsinə baxış keçiriblər. Göygöldə həyata keçirilən sosial infrastruktur layihələri və rayonunun turizm potensialı qonaqlarda xoş təəssürat yaradıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə