Komitə sədri Şamaxıda qəbul keçirəcək

Komitə sədri Şamaxıda qəbul keçirəcək

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şamaxıda vətəndaşları qəbul edəcək. Komitədən SİA-ya verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Aydın Əliyev sentyabrın 26-da saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi 27A) bu bölgədən olan vətəndaşlarla görüşəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Şamaxı, Qobustan, Ağsu rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə