Beynəlxalq Gənclər Günü münasibətilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi tərəfindən "Sülh üçün gənclərin musiqisi" adlı kampaniya keçirilib. Tədbir ARGTMŞ-nin Avropa Şurası ilə birgə təşkil etdiyi "Nifrət nitqinə yox" hərəkatına dəstək məqsədi daşıyıb.
ARGTMŞ-dan bildiriblər ki, tədbirdə səsləndirilən musiqinin Azərbaycan gənclərinin dinamikliyinin və "Nifrət nitqi" ilə mübarizə, sülh istəyinin rəmzi, onların səsinin eşitdirilməsi vasitəsi kimi qəbul olunduğu vurğulanıb.
Tədbirdə gənclərin ifasında müxtəlif musiqi nümunələri səsləndirilib, onlara "Nifrət nitqinə yox" hərəkatı və bu kampaniyanın Azərbaycanda əlaqələndiricisi olan ARGTMŞ-ın fəaliyyəti ilə bağlı məlumat verilib.
Kampaniya çərçivəsində nümayiş etdirilən videoçarxı www.12august.nayora.az ünvanından izləmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB