Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanada aparılan əsaslı təmir işləri artıq yekunlaşıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, hazırda xəstəxananın həyətində asfalt örtüyünün salınması və son tamamlanma işləri qalıb. Səhiyyə Nazirliyinin sifarişi ilə Rayonlararası İstehsalat Kombinatı tərəfindən aparılan əsaslı təmir işləri çərçivəsində, xəstəxana müasir standartlara uyğun şəkildə yenidən istifadəyə hazır vəziyyətə gətirilib. Bina beynəlxalq standartların tələblərinə cavab verən şəkildə hazırlanıb. Səhiyyə müəssisəsinə tibbi inventarlar Almaniya, Yaponiya və Türkiyə kimi ölkələrdən gətiriləcək.
Qeyd edək ki, xəstəxana oktyabr və noyabr aylarında tam şəkildə istifadəyə veriləcək.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB