2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevir şəhərində təşkil olunacaqdır. Artıq şəhərdə bu yarışlara hazırlıqlara başlanılmışdır. Prospekt və küçələr, istirahət məkanları xüsusi layihə əsasında təmir edilərək abadlaşdırılır. Avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevir hazırda tikinti meydançasını xatırladır.
Heydər Əliyev prospektində, Gəncə şosesində, 20 yanvar küçəsində müasir işıqlandırma sistemi quraşdırılır. Eyni zamanda, çoxmərtəbəli yaşayış binalarının fasad hissələrinin təmirinə və işıq effektlərinin quraşdırılmasına başlanılmışdır. Küçələrdəki işıqforlar daha müasirləri ilə əvəz olunur. Şəhərin Gəncə istiqamətində girişində də abadlıq-quruculuq işləri aparılır. Avtomobil yolu genişləndirilir, asfalt örtüyünün və yaşıllıqların salınmasına hazırlıq görülür.
Şəhidlər xiyabanında da təmir bərpa işləri aparılır. Avropa Oyunlarına hazırlıqla bağlı Mingəçevirdə su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası da sürətlənmişdir. Artıq 9 min 727 poqonmetr su, 14 min 159 poqonmetr kanalizasiya xətləri çəkilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB