Bakı –Poti konteyner qatarının hərəkəti bərpa olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizdə müasir nəqliyyat sistemi formalaşdırılıb, yeni infrastruktur yaradılıb, daşımalar asanlaşdırılıb və bu sahədə xidmət səviyyəsi yüksəldilib. SİA-nın məlumatına görə, son illər ərzində aparılan Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, respublkanın dəmir yolu nəqliyyatının inkişafı və digər irimiqyaslı layihələrin həyata keçirilməsi Azərbaycan üzərindən keçən beynlxalq tranzit daşımalarının daha da artmasına, ölkəmizin nəqliyyat potensialının yüksəldilməsinə müsbət təsir göstərir. Bu gün beynəlxalq daşımaların tərkibində konteyner daşımalarının xüsusi çəkisi getdikcə artmaqdadır. Respublikamızın nəqliyyat sistemi üçün mühüm əhəmiyyət kəsb edən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə konteyner yüklərinin cəlb olunması və dəmir yolu nəqliyyatı üzrə daşımaların rəqabət qabiliyyətinin artırılması məqsədilə "Azərbyacan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" MMC ilə birgə 1996-cı ildə işə salınmış, lakin sonralan fəaliyyəti dayandırılmış, Bakı-Poti konteyner qatarının hərəkətinin bərpası üzrə danışıqlara başlanılıb. Bu istiqamətdə artıq bir sıra tədbirlər görülmüş, o cümlədən konteyner qatarının iş texnologiyası, hərəkət qrafiki, iritonnajlı konteynerlərin daşınma tarifləri razılaşdırılmış, yük göndərən və yük alanlarla görüşlər keçirilib, yük və vaqon axınlarının təhlilləri aparılıb.

Qeyd edək ki, yaxın günlərdə qatarın buraxılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...