Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçini başa çatıb. SİA-nın məlumatına görə, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 11 min 111,4 hekratda taxıl yetişdiriblər. Taxıl zəmilərinin 6191 hektarı buğda, 4920,4 hektarı isə arpadır.
Biçini uğurla başa çatdıran Tərtər taxılçıları sahələrdən 37 min 746,1 ton məhsul əldə ediblər. Məhsulun 21 min 312 tonu buğda, 16 min 434,1 tonu arpadır. Hər hektarın orta məhsuldarlığı buğda sahələrində 34,4 sentner, arpa sahələrində isə 33,4 setner olub.
Qeyd edək ki, 2013-ci illə müqaisədə buğdanın məhsuldarlığı 1,7 sentner, arpanın məhsuldarlığı isə 0,6 sentner artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB