Antraktidada qan qırmızı rəngində axan şəlalə görənləri təəccübləndirib. SİA-nın məlumatına görə, dünyanın ən quru çöllərindən sayılan McMurdo Dry Valleydəki bu şəlalə yavaşca Bonney gölünə süzülür. Şəlalə ilə bağlı ən heyrətləndirici məqam isə şəlalənin rənginin qırmızı olmasıdır.
Nəzərinizə çatdıraq ki, 5 milyon il əvvəl dəniz səviyyəsinin yüksəlməsi nəticəsində Şərqi Antraktida sular altında qalıb və duzlu gölün yaranmasına səbəb olub. Milyon il sonra gölün başındakı buzlar gölü materikdən tamamilə qoparıb. Buna görə də yerdən 400 metr dərinlikdə olan göl zaman keçdikcə daha duzlu olmağa başlayıb. Həmin Qan Şəlaləsi altındakı göl dəniz suyundan 3 dəfə daha duzlu və donma ehtimalı mümkünsüzdür.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB