Elektrik enerjisindən istifadəyə görə debütor borcu yaranan əhali və qeyri əhali abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı mayaın 20-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Bu barədə SİA-ya "Bakıelektrikşəbəkə" ASC-dən məlumat verilib.
Məlumata görə, qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24-saatdan sonra mümkün olacaq.
Elektrik enerjisindən istifadə ilə bağlı yaranan borca görə enerji təchizatı dayandırılan abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol verən şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB