Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda ona məxsus məktəbdə yanğının baş verməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
Şirkətdən SİA-ya verilən xəbərə görə, ARDNŞ-yə məxsus heç bir təhsil müəssisəsində yanğın baş verməyib. Təhsil müəssisəsinin binasının arxasında - tikinti aparılan sahədə tullantılar yandırılıb. Həmin yanğının tüstüsü isə binaya tərəf gəlib. Buna görə də ARDNŞ-yə məxsus təhsil müəssisəsindəki şəxslər evakuasiya ediliblər.
Yanğın artıq lokallaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda inzibati binada yanğın hadisəsi baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB