Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisində YAP Gənclər Birliyi və Master İTM-in birgə təşkilatçılığı ilə "Hansı Proqramlaşdırma dilini öyrənməli və haradan başlamalıyam" mövzusunda təlim keçirilib. SİA-nın məlumatına görə, ilk öncə təlimi YAP GB Ofisinin rəhbəri Sərraf Balaxan açaraq belə təlimlərin gənclərimiz üçün əhəmiyyətli olduğunu bildirib.
Daha sonra Master İTM –nin əməkdaşı Nəcəf Nəcəfzadə təlimçilər və təlim haqqında gənclərə məlumat verib.
Təlimin sonunda iştirak edən gənclərə sertifikatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB