Türkmənistanın səfiri Əlyazmalar İnstitutunda olub FOTO

Türkmənistanın səfiri Əlyazmalar İnstitutunda olub FOTO

Türkmənistanın Azərbaycandakı səfiri T. Komekov bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub və institutun direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli ilə görüşüb. SİA-nın xəbərinə görə, səfir institutun direktorunu böyük türkmən şairi Məxtumqulunun may ayında Aşqabadda keçiriləcək yubileyinə dəvət edib.

Səfir Əlyazmalar İnstitutunun işi, sərgi zalı ilə tanış olub, iki qardaş ölkənin alimləri, əlyazmalar institutları arasında əlaqələrin genişləndirilməsi zərurətindən danışıb.

Tərəflər may ayında Əlyazmalar İnstitutunda Məxtumqulunun yubileyi münasibəti ilə elmi konfrans keçirilməsi, iki ölkənin əlyazmalar institutları arasında əməkdaşlıq barədə memorandum imzalanması qərarına gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə