“Əsrin təhlükəsi” layihəsi reallaşdırılıb

“Əsrin təhlükəsi” layihəsi reallaşdırılıb

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə "Əsrin təhlükəsi" adlı QİÇS-lə mübarizə üçün layihə həyata keçirilib. SİA-nın məlumatına görə, "Əsrin təhlükəsi" layihəsinin keçirilməsində məqsəd məktəbliləri QİÇS xəstəliyindən müdafiə barəsində məlumatlandırmaq idi.

Layihə 3 gün ərzində 50 şagird və tələbənin iştirakı ilə reallaşdırılıb. Keçirilən təlimlərdə iştirakçılar xəstəlik və onun fəsadları, ondan qorunmaq yolları hal –hazırda bu xəstəliklə aparılan mübarizə və onun nəticələri barəsində məlumat verilib.

Qeyd edək ki, təlimlər ərzində yalnız xəstəlikdən müdafiə deyil, həmçinin də xəstəliyin hüceyrəvi quruluşu və hüceyrə səviyyəsində törətdiyi fəsadlar barəsində iştirakçılara məlumat verilib.

Sonda iştirakçılar sertifikatlar ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə