Azad Rəhimov İslam ölkələri nazirlərinin toplantısında iştirak edir
Səudiyyə Ərəbistanı Krallığının Gənclərə Qayğı Baş Sədrliyinin prezidenti şahzadə Əmir Nəvvaf bin Feysəl Bin Əbdüləzizin rəsmi dəvətinə əsasən Gənclər və İdman naziri Azad Rəhimov 17 mart 2014-cü il tarixində İslam Əməkdaşlığı Təşkilatının gənclər və idman nazirlərinin 2-ci konfransına qatılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantının keçirilməsi ilə bağlı qərar 15-17 noyabr 2012-ci il tarixində İslam Əməkdaşlığı Təşkilatı Xarici İşlər Nazirlərinin Cibuti Respublikasında keçirilən 39-cu iclasında verilib.
Konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrdə gənclərin bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən müxtəlif səpkili tədbirlərin təşkil olunması müzakirə olunacaq.
Gənclərin cəmiyyətin sosial- iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı, islam ölkələri arasında məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, idman əməkdaşlığının genişləndirilməsi və digər mövzular da konfransda diqqət mərkəzində olacaq.
Eyni zamanda konfransda 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının da təqdimat mərasimi olacaq.
Tədbir 18 mart tarixində işini yekunlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB