Tovuz şəhəri və şəhərə yaxın kəndlərə yeni su xəttinin çəkilişi başa çatmaq üzrədir. Bölgə müxbinin verdiyi xəbərə görə, Tovuzdə yeni çəkilən su xətləri sayğaclaşdırılıb. Sayğaclar isə smart kartla işləyir. Uzun illəridir içməli sudan əziyyət çəkən Tovuz şəhər sakinləri yeni su xəttinin çəkilişindən razı qalıblar. Sakinlər bir ay ərzində smart kartlarına 2 manat pul yüklədiklərini və həmin pul ilə ay ərzində sudan kifayət qədər istifadə etdiklrini deyiblər.
Tovuz rayonunda sayğaclaşma işinin 80 faizi başa çatıb. Yaxın vaxtlarda sakinlər fasiləsiz içməli su ilə təmin ediləcək. Bu barədə Tovuz rayonunuda su və kanalizasiya xəttlərinin çəkilişi ilə məşğul olan "Akkord" şirkətinin nümayəndəsi Rəvan Kazımzadə bildirib.
Tovuz su kanal idarəsinin rəisi Arif İsmayılovun sözlərinə görə, Tovuz rayonuna yeni su xətti çəkildikdən sonra, Tovuzda su probleminə son qoyulub.
Qeyd edək ki, Tovuz şəhəri və ətraf 4 kənddə 7000 evə yeni su xətti çəkilib və onlardan 3671 evə smart kartla sayğaclar quraşdırılıb.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB