Cəzaçəkmə müəssisəsində mobil telefon tapılıb

Cəzaçəkmə müəssisəsində mobil telefon tapılıb

Cəzaçəkmə müəssisəsində mobil telefon tapılıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Mobil Zakir oğlu İsmayılovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, əynində olan gödəkçənin cibindən daxilində "Sim" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə