Taksi fəaliyyəti ilə məşğul olanlara xüsusi dayanacaqlar düzəldiləcək
Gəncədə taksilərin istənilən yerdə dayandığı danılmaz faktdır. Bu isə şübhəsiz ki, bir sıra problemlər yaradır. Tıxacların yaranması, digər sərnişin daşıyan nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin məhdudlaşması bu problemlərə daxildir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bunu nəzərə alan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobili Xidmətinin Gəncə Regional şöbəsi taksilərə xüsusi dayanacaqlar üçün yerlər ayırıb. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobili Xidmətinin Gəncə Regional şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyevin SİA-ya verdiyi məlumata görə, iyirimi iki taksi dayanacağı tərəfimizdən nəzərdə tutulub. "Şəhər İcra Hakimiyyəti ilə taksilərin dayanacaqları və onların nişanlarının hazırlanması razılaşdırılıb. Bu ayın sonuna işlərin başlanmasına start veriləcək. Hələlik şəhərin mərkəzi yerlərində univermağın, mərkəzi bazarın yanında, universitetlərin, yarmarkaların qarşısında birinci mərhələdə taksi dayanacaqların quraşdırılması həyata keçiriləcək", - deyə İsa Quliyev qeyd edib.
Qeyd edək ki, taksilərə dayanacaqlar üçün yerlərin ayrılması prosesi bir aya yekunlaşacaq. Gəncədə taksilər üçün xüsusi dayanacaqlarda nişanlar da qoyulacaq. Burada təxminən 20-ə yaxın taksi dayanacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB