Məşhur avtopilotun vəziyyəti ağır olaraq qalır

Məşhur avtopilotun vəziyyəti ağır olaraq qalır

45 yaşına hazırlaşan dünya şöhrətli avtopilot Mixael Şumaxerin vəziyyəti dəyişməz olaraq qalır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə onun yerləşdiyi hospitalın reanimasiya şöbəsinin müdiri Fransua Payen bu gün telekanalların birinə açıqlama verərkən deyib.

O bildirib ki, məşhur avtopilotun vəziyyəti əvvəlki kimi ağır olaraq qalır. Şöbə müdirinin sözlərinə görə, hazırda koma vəziyyətində olan Şumaxer beynindən ağır zədə alıb:" Hətta o sağ qalsa belə, ömrünün sonuna qədər aldığı zədədən əziyyət çəkəcək".

Avtopilotun vəziyyəti ilə bağlı nə ailəsi, nə də həkimlər konkret məlumat vermirlər.

Məşhur avtopilotin yerləşdiyi hospital qoruyucularla əhatələnib. Yanına giriş qadağan olunub. Yalnız həyat yoldaşı və qızı hospitala buraxılır.

Qeyd edək ki, alman əsilli avtopilot bazar günü xizəklə məşğul olarkən yıxılaraq başından ağır zədə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə