Daşqınlardan ziyan çəkmiş rayonlarda 4239 fərdi ev tikilib istifadəyə verilib

Daşqınlardan ziyan çəkmiş rayonlarda 4239 fərdi ev tikilib istifadəyə verilib

Kür və Araz çaylarının daşması nəticəsində təbii fəlakətə məruz qalmış ərazilərdə yaşayan vətəndaşlar üçün 2013-cü ildə 83 fərdi ev tikilib istifadəyə verilib.

Ümumilikdə 2010-cu ilin sentyabr ayından başlayaraq daşqınlardan ziyan çəkmiş Sabirabad, Salyan, Saatlı, İmişli, Zərdab, Kürdəmir, Hacıqabul, Neftçala, Beyləqan, Füzuli rayonlarında və Şirvan şəhərində yaşayış sahəsi 426 min 688 kvadratmetr olan 4239 fərdi ev tikilib istifadəyə verilib.

Tikintisi, təmir və bərpa işlərinin aparılması nəzərdə tutulan 95 sosial ictimai obyektdən 40-ı yenidən tikilərək istifadəyə verilib, 52-si təmir olunub, 3 obyekt isə bərpa edilib və gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə