"İnformasiya əldə etmək çox aktual mövzudur. Əgər informasiya əldə olunmasa, onda jurnalistikadan söhbət gedə bilməz". SİA-nın məlumatına görə, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda keçirilən konfrans zamanı çıxış edərkən deyib. O bildirib ki, informasiya əldə etməklə bağlı məsələlər Ölkə Konstitusiyasının 50-ci maddəsi ilə tənzimlənir.
Onun sözlərinə görə, bundan əlavə sözügedən məsələlər "İnformasiya əldə etmək haqqında" qanunda da öz əksini tapıb: "Dövlət qurumlarının mətbuat xidmətləri jurnalistləri məlumatla təmin etməli və onların ünvanladıqları suallara cavab verməlidirlər. Lakin mətbuata yayılan və gizli saxlanılan informasiyalar var. Ona görə də mətbuat xidmətləri bunu nəzərə almalıdır. Bundan əlavə mətbuat xidmətləri məlumat haqqında onun operativliyi itmədən məlumat verməlidirlər. Hər hansı bir məsələ ilə bağlı məlumat 48 saat ərzində yayılmalıdır. Əgər araşdırmağa ehtiyac varsa, o zaman uzağı 5 gün ərzində məlumatlar verilməlidir".
M.Şurasının sədri həmçinin vurğulayıb ki, informasiya alanın hüququnu pozan şəxs məsuliyyətə cəlb olunur: "Əgər kimsə, məlumat vermirsə və məlumat alanın hüququnu pozursa, o zaman həmin şəxslərə Cinayət Məcəlləsinə görə, 100-500 manat arsında cərimə olunmaqla yanaşı stajdan məhrum olma və həs olunma kimi cəzalar tətbiq olunur. Əgər həmin şəxs vəzifəlidirsə, o zaman həmin şəxs 2 il stajdan məhrum və həbs olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB