“Azərbaycan ailəsi Strategiyası” layihəsinin ilkin müzakirəsi keçirilib

Bu gün Ailə, Qadın və Uşaq problemləri Üzrə Dövlət Komitəsində Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) "Azərbaycan ailəsi Strategiyası" layihəsinin ilkin müzakirəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk çıxış edən AQUPDK-nın sədr müavini Aynur Sofiyeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 29 may tarixli Sərəncamı ilə Milli Fəaliyyət Qrupu yaradılıb. Onun sözlərinə görə, Milli Fəaliyyət Qrupuna 20-dən çox dövlət qurumu daxildir və AQUPD- da həmin Qrupun tərkibindədir.

A . Sofiyeva həmçinin vurğulayıb ki, Konsepsiyada qeyd edilən bəzi istiqamətlərin həyata keçirilməsi məqsədilə komitə tərəfindən "Azərbaycan ailəsi Strategiyası", gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı, Uşaq Məcəlləsi və Milli Uşaq Strategiyası kimi sənədlərin hazırlanması nəzərdə tutulub:"Bundan əlavə, Konsepsiyaya əsasən "Ailə psixoloqu" institutunun, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzlərin və sığınacaqların, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemin yaradılması nəzərdə tutulub. Hal-hazırda "Azərbaycan ailəsi Strategiyası"nın ilkin variantı hazırdır və onun geniş müzakirə olunması üçün lazımi qurumlara göndərilib və onların rəyi alındıqdan sonra strategiya hökümətə təqdim ediləcək".

Tədbirdə iştirak edən müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatların nümayəndələri hazırlanan strategiya haqqında öz fikir və düşüncələrini paylaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...