Azərbaycan Rusiya və Çin ilə bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə edib
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxini qəbul edib.
Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfir müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, Rusiya-Azərbaycan ikitərərfli əməkdaşlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Vladimir Çernenko da iştirak edib.
Həmin gün Z.Həsənov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsuini də qəbul edib.
Səfir müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib, ona Çinin milli müdafiə nazirinin səmimi arzularını çatdırıb və gələcək işlərində uğurlar diləyib.
Görüş zamanı bölgədəki hərbi-siyasi vəziyyət, Çin və Azərbaycan Silahlı Qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Çin Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi baş polkovnik Lyu Xun da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB