Bişkekdə qırğız, rus və ingilis dillərində nəşr edilən "Türkel" qəzeti öz səhifələrində Azərbaycanla bağlı materiallara geniş yer ayırıb.
Qəzetin birinci səhifəsində III Bakı Beynəlxalq Humanitar Forumu haqqında şərh xarakterli məqalə verilib. Məqalədə deyilir ki, bu nüfuzlu Forumda dünyanın müxtəlif ölkələrindən siyasətçilər, politoloqlar, dövlət və hökumət təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Yazıda Humanitar Forumun əhəmiyyəti haqqında da söhbət açılır, Azərbaycanda demokratikləşmə prosesinin yüksək səviyyəsindən danışılır. Məqalə Humanitar Forumu əks etdirən fotoşəkillərlə müşayiət olunur.
Qəzetdə Qırğız xaqanlığının 1170 illiyi ilə bağlı Bişkekdə keçirilmiş elmi-praktik konfrans və Azərbaycan alimlərinin bu konfransda təqdim etdikləri məruzələr, həmçinin Azərbaycan-Qırğız gənclərinin ikinci Forumu haqqında materiallar da verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB