Qənirə Paşayeva Türkiyədə IV Beynəlxalq Koroğlu simpoziumunda çıxış edib FOTO
Türkiyənin Bolu bölgəsinin Abant İzzət Baysal Universitetində IV Beynəlxalq Bolu Xalq Mədəniyyəti və Koroğlu Simpoziumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə türk dünyasının müxtəlif ölkələrinin rəsmiləri, millət vəkilləri, ziyalıları, alimləri və sənət adamları iştirak ediblər. Tədbirdə çıxış edən universitetin rəsmisi Mehmet Bahar simpoziumun məqsədi barədə məlumat verib. Koroğlu irsinin öyrənilməsi üçün mərkəzlərin yaradılmasının vacibliyi vurğulanıb. Bu mərkəz bütün qolları məlum olan dastanın müxtəlif versiyalarını əldə olunmasına əsaslı xidmət etməlidir. Tədbirdə çıxış edənlər türk mədəniyyətinin nümunəsi olaraq "Koroğlu" ilə bağlı UNESCO ilə işlərin sürətləndirilməsini və 2015-ci ilin Koroğlu ili elan olunmasını təklif ediblər. Simpoziumda çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva bütün Türk dünyasında Koroğluya sahiblənmənin önəmindən bəhs edib. Bu cür sahiblənməni ortaq dəyərlərimizə, tariximizə sahiblənmə olaraq görən Q. Paşayeva bununla gəncliyin və gənclərin daha sağlam addımlarla irəliləməsinin təmin ediləcəyini bildirib. Azərbaycandan millət vəkili həmkarı Aqil Abbas da daxil olmaqla alimlərdən, ziyalılardan və sənətçilərdən ibarət böyük bir heyətin gəldiyini deyən Qənirə Paşayeva Azərbaycanın bu mövzuya hər zaman böyük önəm verdiyini və bu sahədə görülən işlərdən danışıb.
Bolu bələdiyyəsinin bu məsələ ilə bağlı UNESCO ilə əməkdaşlıq qurmaq niyyəti ilə bağlı açıqlamasına toxunan millət vəkili Qənirə Paşayeva Azərbaycanın Birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdəki böyük fəaliyyətindən danışıb: "Türk-müsəlman dünyasında yeganə xanımdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir. Onun apardığı işlər nəticəsində "Novruz bayramı", "Muğam musiqisi", "aşıq musiqisi" bizim bayramımız və musiqimiz kimi UNESCO-nun qeyri müəyyən irsi sırasına daxil olub ki, bu böyük bir uğurdur və hamımız üçün çox önəmlidir".
Simpoziumda çıxış edən bələdiyyə başçısı Ələddin Yılmaz Koroğlunu Bolunun simasına çevirməyi arzu etdiyini bildirib: "Bu həm Bolunun, həm də Koroğlunun təbliğidir. Koroğlu tam bir qəhrəmanlıq nümunəsidir. Necə ki, Robin Qood dünyada məşhurdur. Koroğlunun da bu cür tanınmasına nail olmalıyıq". Ortaq dəyərlərimizdən bəhs edərkən o, Novruz bayramının Boluda da təntənəli şəkildə keçirildiyini hətta hazırlıqlara indidən başlanıldığını deyib. Türk dünyasının həmin tədbirlərə həvəslə qatılmaq istədiyini deyən bələdiyyə başçısı, bu halın xoş olduğunu deyib.
Çıxışların sonunda Bolu Bələdiyyəsi Rəssam Mehmet Yücetürk Sənət Mərkəzi Türk Xalq Musiqisi toplusu Bolu Xalq musiqisini sərgiləyib.
Qeyd edək ki, artıq dördüncü dəfədir təşkil olunan Beynəlxalq simpozum ilk dəfə 1987-ci ildə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB