İş adamları üçün ulduz falı

QOÇLAR fikirlərində və qərarlarında dəqiq və qətiyyətli olmalıdırlar. İnsanların xoşuna gəlmək üçün onların yedəyində getməyə çalışmayın. Yalnız düzgün yoldan geri dönməmək şərti ilə uğur qazana bilərsiniz.

BUĞALARI bu həftə yeni və əhəmiyyətli görüşlər gözləyir. İndi tərki-dünyalıq vaxtı deyil. Fəal sosial həyat yaşamalısınız. Nüfuzlu bir adamla tanış ola bilərsiniz. Onun köməyi ilə biznesinizdə yeni və daha uğurlu səhifə açacaqsınız.

ƏKİZLƏRİN işlərində qeyri-müəyyənlik dövrü başa çatır. Məyus günləri nailiyyətlər dolu yepyeni dövr əvəzləyəcəkdir. Gəliriniz xeyli artacaqdır. Uğur təbəssümünün çöhrənizə qonmasını istəyirsinizsə, sonuncu qərarlarınızı yaxşı-yaxşı təhlil etməlisiniz. Lazım gələrsə, bəzi düzəlişlər etməlisiniz. Nəticədə böyük qazanc vəd edən yeni vəziyyət yaranacaqdır.

XƏRÇƏNGLƏR diqqəti bizneslərinin başlıca istiqaməti üzərində cəmləşdirməlidirlər. Planlarınızın hamısı həyata keçməyib, vaxt isə sürətlə axıb gedir. Əldən verdiyiniz fürsətləri yenidən qazana bilərsiniz. Bunun üçün səhvlərinizi düzəltməyə çalışmalısınız. İlk növbədə siz öz gücünüzə güvənməli, inadkar və məqsədyönlü olmalısınız.

ŞİRLƏR tərəfdaşları üzündən çətin vəziyyətə düşə bilərlər. Yüz faiz əmin ola bilmədiyiniz insanlara güvənməyin. Gözlənilməz vəziyyətlər üçün əlinizdə həmişə ehtiyat "B" planı olmalıdır. Onda ya problemlərinizi müstəqil həll edəcək, ya da alternativ yardım mənbəyini işə salacaqsınız.

QIZLARI məcburi dayanma halları, fəaliyyətsizlik, vaxtın hədər getməsi və potensialını reallaşdırmaq imkanının olmaması qıcıqlandıracaqdır. Vəziyyətə nəzarət edə bilmirsiniz və başqalarından asılı olmağa məcbursunuz. Möhkəm olun, münaqişə yaratmamaq üçün nəzakətli davranın, amma ləyaqətinizin alçaldılmasına da yol verməyin.

TƏRƏZİLƏR bu həftə tənqidə məruz qalsalar da, təmkinlərini qoruyub saxlamalıdırlar. Qoy insanların ədalətsiz iradları və yalnız fikirləri sizi özünüzdən çıxarmasın. Bütün bağlı qapıların açarları təmkin və səbirdir. Bütün problemlərinizi məqsədli şəkildə həll etməlisiniz. Onda professional olduğunuzu bir daha hamıya sübut edəcəksiniz.

ƏQRƏBLƏR xahiş və tələblərin içində itib-batacaqlar. Hamının yükünü tək siz çəkə bilməzsiniz. Mümkünsə, bir bəhanə ilə imtina etməyə çalışın. Mümkün deyilsə, sizdən xahiş olunan və ya tələb edilən işi vicdanla, amma canfəşanlıq etmədən yerinə yetirin.

Yeni əlaqələr və pərdə arxası fəallıq OXATANLARIN qarşısında hədsiz sayda yeni imkanlar açacaqdır. Yeni perspektivlərə işarə edən, lakin oxu atıb yayı gizlədən adamlara qarşı səbirli olun. Siz səmimi adamsınız və eyhamlı söz-söhbətləri sevmirsiniz. Amma insanların sizinlə nə üçün məhz belə rəftar etmələrinin səbəblərini araşdırmaq pis olmazdı.

OĞLAQLARIN insanlara şübhə ilə yanaşmaq üçün heç bir əsası yoxdur. Əslində, sizinlə ünsiyyət yaradan adamların əksəriyyəti ilə xasiyyətiniz tutmur. Hamının bir-birindən ehtiyat etməsi dərhal gözə çarpmır. İnsanların iç üzü müdafiə maskasını yırtdıqdan sonra üzə çıxır.

DOLÇALAR məqsədə çatmaq üçün bəzi insanların nəyə əl atdıqlarına təəccüblənəcəklər. Siz ağlagəlməz vəziyyətlə üzləşə bilərsiniz. Sizi xoşagəlməz hadisələr gözləyir. Lakin onları aradan qaldırdıqdan sonra özünüzü daha güclü hiss edəcəksiniz. Hər şey barədə uzun-uzadı düşünmək imkanınız olacaqdır.

BALIQLAR sosial öhdəliklər üzündən öz planlarını həyata keçirə bilməyəcəklər. Ona görə də bərk əsəbiləşəcəklər. Üstəlik, məlum olacaq ki, zorla qatılacağınız tədbir nəinki ürəkaçan deyildir, həm də çox məsrəflidir. Lakin sadəcə orada görünməklə nə qədər sadiq bir dost olduğunuzu nümayiş etdirə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə