Hüseynqulu Bağırov: "Daşqına səbəb olan çaylara kameralar quraşdırılıb"

Hüseynqulu Bağırov: "Daşqına səbəb olan çaylara kameralar quraşdırılıb"

"Hər həftə nazirlik tərəfindən sürüşmə zonaları ilə bağlı bülleten hazırlanır". SİA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin bülletenlər sürüşmə zonlarının rayonlarının icra başçılarına təqdim olunur: "Mövsümlə əlaqədar həmin zonalarda aktivləşmə baş verir. Bu, təbii prosesdir. Aktivləşmə antropogen səbəblərlə bağlıdır. Hələ təbiətin qaydalarını nəzərə alaraq işləməyə öyrəşməmişik. Buna görə də, hələ də bu problemlərlə üz-üzəyik".

Nazir həmçinin bildirib ki, əsas sürüşmə zonaları Şamaxı, Abşeron yarmadasındadır: "Abşeron yarmadasında antropogen və texnogen fəaliyyəti nəticəsində aktivləşmə qeydə alınır. Bu səbədən də burada sürüşmə zonalarının sayı çoxdur".

Daha sonra çaylarda vəziyyətlə bağlı sualı cavablandıran H. Bağırov vurğulayıb ki, hazırda çayların daşması ilə bağlı təhlükə gözlənilmir: "Daşqınlara səbəb olan çaylarda kameralar quraşdırılıb. Hər kəs təhlükəni izləyə bilər. Kameralar Dağ çayları arasında ən təhlükəli olan Kiş, Aran zonasında isə Kür çayında quraşdırılıb" .

Bütün xəbərlər Facebook səhifəmizdə