"İstirahət günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq.
Oktyabrın 13-də ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun aran rayonlarında gecə 8-13, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB