Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində Kəpəz rayonunda seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Təşkilatın İdarə Heyəti və Şura üzvləri, təbliğat – təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri və seçicilər iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan YAP Gəncə şəhər Təşkilatının Sədri Naqif Həmzəyev qeyd edib ki, möhtərəm Prezidentimiz müdrik siyasəti, dəyərli işləri xalqımıza misilsiz xidmətləri ilə öz təbliğatını aparıb: "Qazanılan nailiyyətlərin şahidi Şeyx Nizami, Cavad xan, Məhsəti yurdu qədim Gəncənin müdrik, dəyərli insanları da təşviqat görüşlərində mübariz, fəal və yekdil mövqe nümayiş etdirirlər. Çıxışlarda Ulu öndər Heydər Əliyevin siyasi kursuna sədaqət, cənab İlham Əliyevə sonsuz hörmət və məhəbbət ifadə olunur. 9 oktyabr Prezident seçkilərində bizim həyatımızı gözəlləşdirən, firavanlaşdıran, qayğımıza qalan rəhbəri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəkləyəcəyik!"
Sonra təbliğat - təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər Təşkilatının sədr müavini Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının sədr müavini İbrahim Cəfərov, GDU-nun dosenti Cavad Tağıyev, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri, Şura üzvü Fərid Dünyamalıyev, AzTU-nun dosenti, təşviqatçı Tahir Abbasov çıxış edərək bildiriblər ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə sadiq qalan cənab İlham Əliyev respublikanı dünya miqyasında şöhrət qazanan müasir dövlət səviyyəsinə qaldırıb: "Zamanın tələbini, insanların istəklərini yüksək intellekti, siyasi hazırlığı, qətiyyəti, uğurlu diplomatiyası, xalqına olan bitib tükənməz məhəbbəti ilə təmin edən cənab İlham Əliyev Azərbaycan Prezidentliyinə alternativi olmayan namizəddir. Bizim seçimimiz bəllidir: "İlhamlı sabahımıza İlhamla irəli!"
Təbliğat – təşviqat görüşü Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanlanan möhtəşəm şüarların səslənməsi ilə yekunlaşıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB