Çikaqodakı qatar qəzasında yaralananların sayı 48 nəfərə çatıb. Amerikanın Çikaqo şəhərində iki sərnişin qatarı toqquşub. Amerika mətbuatının verdiyi xəbərə görə, xəsarət alanların dəqiq sayı məlum deyil. Yalnız xəstəxanalara azı 10 nəfərin daxil olduğu bildirilir.
Dəmir yolunun hadisənin baş verdiyi hissəsində hərəkət dayandırılıb. Qəzanın səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB