YAP Balakən rayon təşkilatının sədri: “Belə sürətli inkişafa səs vermək gərəkdir”

YAP Balakən rayon təşkilatının sədri: “Belə sürətli inkişafa səs vermək gərəkdir”

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında prezident seçkilərinə hazırlıq işləri böyük ruh yüksəkliyi ilə davam etdirilir. Seçkilərin ikinci mərhələsi olan təbliğat-təşviqat kampaniyasına bu gün səhər saatlarından başlanıb. Yeni Azərbaycan Partiyasının seçki proqramına uyğun olaraq rayon təşkilatında 33 nəfərdən ibarət qərargah yaradılıb, hər bir məntəqə üzrə təşviqat materiallarını çatdıracıq qruplar müəyyən edilib.

YAP Balakən rayon təşkilatının sədri Azad Balayev qeyd edib ki, rayon təşkilatı üzrə 84 nəfərdən ibarət 19 qrup yaradılıb: "Yaradılmış qruplar bu gün səhər saatlarında Seçki Məcəlləsinə uyğun olaraq Yeni Azərbaycan Partiyasından prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin şəkillərini seçki məntəqələri ərazisində quraşdırılmış təşviqat lövhələrinə yapışdırıblar. 17 sentyabrdan başlayaraq tərtib olunmuş cədvəl üzrə rayon qərargahının tərkibində yaradılmış təbliğatçılar qrupu yerlərdə seçicilərlə görüşlər keçirəcək".

A.Balayev həmçinin vurğulayıb ki, məhz Ümummilli Lider Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində paytaxtla bölgələr arasında fərq minimuma endirilib. Rayonlarımızın sosial-iqtisadi inkişafı hər kəsdə qürur hissi yaradır. Cənab İlham Əliyev bütün sahələrlə yanaşı, infrastukturun yenilənməsinə xüsusi diqqət yetirir. Yeni yollar çəkilir, yeraltı keçidlər tikilir, sakinlərin rahat gediş-gəlişi təmin edilir. Qısa müddətdə paytaxtdan uzaqlaşırsan və qayıtdıqda böyük inkişafın, yeniliyin şahidi olursan. Belə sürətli inkişafa səs vermək gərəkdir. Dövlət başçısı İlham Əliyev daima bildirir ki, həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Atılan addımlara, görülən işlərə diqqət yetirsək, bu reallığı aydın şəkildə görə bilərik. Ona görə də Azərbaycan xalqının böyük kəsimi gerçəklikləri düzgün dəyərləndirərək məhz İlham Əliyevin yürütdüyü siyasətə səs verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə