"MQF Seçki Koalisiyası" tərəfindən seçki maarifçiliyi, əhalinin seçki fəallığının artırılması, seçki hüququ ilə bağlı növbəti tədbir Zaqatala rayon Mədəniyyət evində keçirilib. Bu barədə SİA-ya Milli QHT Forumunun (MQF) mətbuat xitmətindən məlumat verilib.
Seçki müşahidəçilərinin, siyasi partiyaların, bələdiyyələrin, QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə koalisiyanın təmsilçiləri MQF –nin prezidenti Rauf Zeyni, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov, MQF-nin Zaqatala rayon koordinatoru Asif Bayramov seçki münasibətləri, seçki hüququ, seçki qanunvericiliyi, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi və s. haqda məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.
Vətəndaşların suallarına cavab olaraq "MQF seçki koalisiyası"nın nümayəndələri son illər ərzində ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, regionda qüdrətli dövlətə çevrilməsi, "Gələcəyə baxış" 2020 inkişaf konsepsiyası çərçivəsində vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, regionlarda vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlərlə əlaqədar olaraq son illərdə əldə olunan nailiyyətlər barədə rayon ictimaiyyətinə məlumat veriblər.
Sonda "MQF Seçki Koalisiyası" seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB