Dünya gəncləri öz sloqanlarını “Böyük İpək Yolu”na göndərib

Dünya gəncləri öz sloqanlarını “Böyük İpək Yolu”na göndərib

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı yaranmasının bir illiyi münasibəti ilə elan etdiyi "mədəni müxtəlifliklə bağlı sənin Sloqanın" adlı kampaniyasını yekunlaşıb. Bu barədə SİA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Kampaniya ilə bağlı dünyanın müxtəlif ölkələrindən – Yunanıstan, Gürcüstan, Rumıniya, İraq, Niderland, Moldova, Ukrayna, Avstraliya, Litva və digər ölkələrdən 50-dən çox şüar göndərilib. Təşkilatın İdarə heyətində bu sloqanlar arasından növbəti il üçün şüarı seçiləcək. Digərlərindən isə təşkilatın gələcək layihələrində istifadə olunacaq.

Kampaniya çərçivəsində mədəni müxtəliflik anlayışının gənclər arasında necə başa düşüldüyü barədə rəylər və sloqanlar toplanıb. Müxtəlif ölkələrdə yaşayan gənclərin göndərdiyi sloqanlarla birgə nəhəng divara yazılacaq.

Qeyd edək ki, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 25 ölkənin iştirakı ilə Azərbaycanda təsis edilib. Təşkilatın əsas hədəfi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni, humanitar sahədə əməkdaşlıq şəbəkəsini formalaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə