Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən nazir və komitə sədrlərinin bölgələrə səfəri davam edir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iyunun 20-də Vergilər naziri Fazil Məmmədov Lənkəranda Cənub bölgəsinə daxil olan rayonların sakinlərini qəbul edərək onların şikayətlərini dinləyib.
6 saylı Ərazi Vergilər İdarəsində keçirilən qəbula Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonundan 100-dən cox vətəndaş qatılıb. Qəbula gələnlər nazirə vergi sahəsində qarşılaşdıqları problemlər, həmçinin digər məsələlərlə bağli müraciət edərək, onların həllinə kömək göstərməyi xahiş ediblər.
Qəbul zamani nazir Fazil Məmmədov vətəndaşların narahatçılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlarını verib.
Qeyd edək ki, qəbulda qaldırılan məsələlərdən bəziləri elə yerindəcə həllini tapıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB