Komitə sədri açıq qəbul keçirəcək

Komitə sədri açıq qəbul keçirəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 15 iyun 2013-cü il tarixində, saat 14:00-da Zaqatala şəhərində, rayon Mədəniyyət Evində vətəndaşlar üçün açıq qəbul keçirəcək.

Komitədən SİA-ya verilən məlumata görə, qəbulda Zaqatala ilə yanaşı, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə