"Gənc Azərbaycan" Gənclərin Siyasi və Hüquqi Mədəniyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri İntizar Məmmədova Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin dəvəti ilə Universitetin "Məzun Günü"nə həsr olunmuş tədbirdə iştirak edib. SİA-ya verilən məlumata görə, tədbirdə Ağrı İbrahim Çeçen Universitetinin "Tiyatro Klubu", NDU-nun incəsənət fakültəsinin kollektivi öz proqramları ilə cıxış ediblər. Eyni zamanda Iğdır, Ağrı və Ərzurum vilayətlərində olan tarixi yerlərlə tanışlıq məqsədilə ekskursiyalar təşkil olunub.
"Gənclərin Siyasi və Hüquqi Mədəniyyətinin İnkişafına Yardım" İctimai Birliyi və Ağrı İbrahim Çeçen Universiteti arasında bu ilin sonlarına doğru simpozium təşkil edilməsi haqqında razılaşma əldə edilib.
Qeyd edək ki, tədbir üç gün davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB