Məhşur yazıçı zəhərlənib

Türkiyəli yazıçı Ahmet Hakan zəhərlənib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məhşur yazıçı sosial şəbəkə olan "Twitter"də oxucularına səslənərək bu sözləri qeyd edib: "Səhhətimdə yaranan narahatlığa görə, xəstəxanadayam. Xahiş edirəm, mənim üçün dua edin".

Qeyd edək ki, yazıçı Ahmet Hakan bir neçə gün əvvəl yediyi yeməkdən zəhərlənib. Səhhətinin yaxşı olmadığını hiss edərək xəstəxanaya müraciət edib. Həkimlər məhşur yazıçıya qida zəhərlənməsi dioqnozunu qoyublar.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə