“Davamlılıq üçün fotosintez tədqiqatları - 2013: Akademik Cəlal Əliyev”
Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Davamlılıq üçün fotosintez tədqiqatları - 2013: Akademik Cəlal Əliyev" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, iyunun 9-na qədər davam edəcək konfransda dünyanın 37 ölkəsindən 300-ə yaxın mütəxəssis iştirak edir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov konfransda çıxış edərək deyib ki, Azərbaycanda bir çox beynəlxalq tədbirlərin keçirilməsi bir tərəfdən Azərbaycanın son illər qazandığı uğurlar, beynəlxalq və regional problemlərin həllində verdiyi töhvələr, digər tərəfdən isə ölkədə biliklərə əsaslanan yeni bir dövrün başlanması ilə əlaqədardır. O bildirib ki, Azərbaycan həm regionda, həm də dünyada ərzaq, enerji təhlükəsizliyi kimi böyük problemlərin həllində öz töhvələrini verməkdədir: "Əslində fotosintez prosesinə kənardan baxanda sadə bir formul, kiçik proses kimi görünür. Lakin fotosintezlə bağlı uzun müddətdir ki, tədqiqatlar həyata keçirilsə də, onun fundamental problemləri hələ də qalır. Konfransın keçirilməsi də mövcud problemlərin həllinə yönəlib. Konfransda fotosintez prosesinin bütün istiqamətləri, onun praktiki təsiri, kənd təsərrüfatında tətbiqi, həmçinin hidrogenin alınması və süni fotosintez kimi problemlər haqda geniş müzakirələr aparılacaq".
Nazir çıxışında akademik Cəlal Əliyevin elmi fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, o, 50 ildən çox elmi fəaliyyətlə məşğul olaraq Azərbaycan elminin inkişafına bir çox töhvələr verib: "Onun elm sahəsində əsas nəticələrindən biri də 70-ci illərdə biologiya elminə digər elmlərin müdaxiləsini başlatmaqla əlaqədardır. Ölkədə bio-informatika kimi elmin yaranmasında onun rolu danılmazdır".
Daha sonra Əli Abbasov Prezident İlham Əliyevin akademik Cəlal Əliyevi təltif etdiyi "Şərəf" ordenini yubilyara təqdim edib.
Elm xadimi Cəlal Əliyev isə konfransda çıxışında deyib ki, prezident İlham Əliyevin rəhbərliyilə ölkədə elmin inkişafına şərait yaradılır, intellektual sahələrə böyük diqqət və qayğı göstərilir: "Bu kimi səylər ölkə iqtisadiyyatının inkişafına böyük imkan yaradır. Dünya ölkələrinə nəzər salsaq görərik ki, iqtisadiyyatı yüksək olan ölkələrdə inkişaf etmiş elm mövcuddur. Ölkəmizdə də elmin inkişafına şərait yaradılıb, bu sahəyə xüsusi diqqət göstərilir".
Konfrans qonaqların müxtəlif mövzularda çıxışları ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə keçirilən konfransın ilk günündə 9 sessiya aparılacaq, bu sessiyalarda gənc alimlərin məruzələri dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



