YAP Qaradağ rayon təşkilatında Ümummilli Liderin 90 illik yubileyi keçirilib FOTO

YAP Qaradağ rayon təşkilatında Ümummilli Liderin 90 illik yubileyi keçirilib FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının qərargahında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycan xalqını düşmüş olduğu bütün bəlalardan xilas edən Ulu Öndər Heydər Əliyev, dövlət və dövlətçiliyimizin əbədi olması üçün zəruri olan bütün addımları atıb.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatının bütün dönəmlərində millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. O, bilidirib ki, Ulu Öndər hələ sovet dönəmində rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünüb və bu günümüz üçün böyük zərurət yaradan işlərin, layihələrin əsasını qoyub.

Ölkəmiz ikinci dəfə öz milli müstəqilliyini əldə etdikdən sonra düşmüş olduğu çətin dönəmlərdən də məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və möhkəm zəkası sayəsində xilas olduğunu söyləyən Aydın Hüseynov, dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsasının da o dövrlərdə qoyulduğunu vurğulayıb:"Bu gün müstəqil Azərbaycanın iqtisadi-siyasi qüdrəti ilə dünya miqyasında layiq olduğu mövqeyə yüksəlməsi, Ulu Öndər Heydər Əliyevin siyasi dühasının təsdiqidir".

Şair, publisist Zaməddin Həmizəyev çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi dühasından, onun xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib. O, Azərbaycan xalqının Ümummilli Lideri öz siyasi möhkəm iradəsi ilə ölkəmizin bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi strategiyanın öz bəhrəsini verdiyini diqqətə çatdırıb.

Qaradağ rayonunda yerləşən Ə. Əmirov adına Neft-Qaz çıxarma idarəsinin rəisi Ramin Quliyev, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi siyasətin gələcəyi naminə gördüyü misilsiz xidmətlərdən bəhs edib. Azərbaycan neft strategiyasının əsasının məhz Ulu Öndər Heydər Əliyevə dayandığını söyləyib.

Qaradağ rayon İcra Hakimiyyətinin Lökbatan qəsəbəsi üzrə nümayəndəsi Oktay Sadıqov çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə ölkəmizin bu günü üçün əsas olan bütün zəruri addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin iradəsi ilə hələ sovetlər dönəmində əsası qoyulmuş, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaq prinsipi bu gün də həyata keçirilir.

Qaradağ rayon Neftçi Qurban adına 288 saylı məktəbin direktoru Gülüstan Ağazadə Ulu Öndər Heydər Əliyevin bütün sahələrlə yanaşı, təhsil sahəsində də gördüyü misilsiz xidmətlərinə toxunub. O, bildirib ki, Ümummilli Liderimiz həmişə elmə-təhsilə böyük qayğı ilə yanaşıb. Bu gün də bu missiya onun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə